​Azərbaycanlı milyarderin şirkəti icra hakimiyyətini məhkəməyə verib

Hadisə
  • 05 oktyabr, 2015
  • 04:50
​Azərbaycanlı milyarderin şirkəti icra hakimiyyətini məhkəməyə verib

Bakı. 5 oktyabr. REPORT.AZ/ “Aznar” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Göyçay Rayon İcra Hakimiyyətini məhkəməyə verib. “Report”un xəbərinə görə, QSC icra hakimiyyətinin sərəncamının ləğv edilməsini tələb edir.

İddiaya əvvəlcə Şəki İnzibati-İqtisadi Məhkəməsində baxılıb. Məhkəmə iddianı təmin etməyib.

Şəki Apellyasiya Məhkəməsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin aktını ləğv edərək yeni qərar qəbul edib.

İddiaya Azərbaycan Ali Məhkəməsində baxılacaq.

Qeyd edək ki, “Aznar” QSC-nin Müşahidə Şurasının sədri azərbaycanlı milyarder Fərhad Əhmədovdur. F.Əhmədov hazırda Rusiya Federasiyasında yaşayır.

“Aznar” QSC-nin ofisi Göyçay şəhərindədir.

44 - Tezliklə