Azərbaycanda miqrasiya qanunvericiliyinin tələblərini pozan 15 əcnəbi saxlanılıb

Hadisə
  • 05 iyun, 2018
  • 10:16
Azərbaycanda miqrasiya qanunvericiliyinin tələblərini pozan 15 əcnəbi saxlanılıb

Bakı. 5 iyun. REPORT.AZ/ Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı 6-sı Pakistan, 6-sı Türkiyə, 2-si Moldova və 1-i Filippin və­­tən­da­şı ol­maq­la, ümu­mi­lik­də 15 nəfər əcnəbi sax­­­la­nıl­ıb.

Bu barədə "Report"a DMX-dən məlumat verilib.

Saxlanılmış Pakistan və Moldova vətəndaşlarının Azərbaycan Res­pub­li­ka­­sı­nın əra­zi­sin­də qanunsuz əmək fəaliyyəti (səyyar ticarət) ilə məşğul ol­duq­ları məlum olub.

Türkiyə və Filippin vətəndaşlarının isə ölkədə miqrasiya (olma və yaşama) qay­da­larını poz­duqları müəyyən edilib.

Saxlanılan əcnəbilər müvafiq qaydada məsuliyyətə cəlb olunub və barələrində qərarlar qəbul edilib.

DMX qanunsuz miqrasiyaya qarşı mü­ba­­ri­zə çər­çi­və­­sində tədbirləri davam etdirir.