Azərbaycana gələn sərnişin mikroavtobusu Rusiyada qəzaya uğrayıb

Hadisə
  • 05 oktyabr, 2018
  • 06:07
Azərbaycana gələn sərnişin mikroavtobusu Rusiyada qəzaya uğrayıb
5-tv.ru

Bakı. 4 oktyabr. REPORT.AZ/ Rusiyada Stavropoldan Azərbaycana gələn "Ford" markalı sərnişin mikroavtobusu qəzaya uğrayıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, qəza Bakı vaxtı ilə saat 03:30-da Vladiqafqazda baş verib.

Mikroavtobus yolun kənarında dayanmış KAMAZ ilə toqquşub və ardından "Opel" markalı avtomobili "sürtüb".

Qəza nəticəsində 5 nəfər xəsarət alıb, onlar Vladikavkazdakı xəstəxanaya yerləşdiriliblər.