"Azərbaycan Respublikası ədliyyə orqanlarında ali xüsusi rütbəli vəzifələrin Siyahısı”nda dəyişiklik edilib

Hadisə
  • 29 noyabr, 2017
  • 14:27
Azərbaycan Respublikası ədliyyə orqanlarında ali xüsusi rütbəli vəzifələrin Siyahısı”nda dəyişiklik edilib

Bakı. 29 noyabr. REPORT.AZ/ "Azərbaycan Respublikası ədliyyə orqanlarında ali xüsusi rütbəli vəzifələrin Siyahısı”nda dəyişiklik edilib. 

"Report"un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. 

Fərmana əsasən, siyahıya Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini - III dərəcəli dövlət ədliyyə müşaviri və Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi - ədliyyə general-mayoru da daxil edilib.