Azərbaycan gömrükçüləri İran vətəndaşının daxili oqranında psixotrop maddə aşkar ediblər
- 29 noyabr, 2018
- 06:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 29 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında İrandan gələn bu ölkənin vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb.
"Report" DGK-ya istinadən xəbər verir ki, şifahi sorğu-sual zamanı vətəndaş üzərində və əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, onun daxili orqanı - düz bağırsağında rezin bükümdə, cəmi 24 ədəd mavi, silindir formalı psixotrop maddə - metilendioksimetamfetamin adlı həblər aşkarlanıb.
Qeyd edək ki, metilendioksimetamfetamin MDMA (ekstazi) maddədir. MDMA "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in I Siyahısına daxildir və 24 ədəd həbdə MDMA-nın təsiredici maddəsinin ümumi miqdarı 0,72 qram təşkil edir.
Faktla bağla araşdırma aparılır.