Ali Məhkəmənin Kommersiya Kollegiyası 85 iş üzrə məhkəmə aktını ləğv edib

Hadisə
  • 26 fevral, 2021
  • 12:50
Ali Məhkəmənin Kommersiya Kollegiyası 85 iş üzrə məhkəmə aktını ləğv edib

2020-ci ildə Ali Məhkəmənin Kommersiya Kollegiyasının icraatında 430 iş olub.

“Report” xəbər verir ki, bu barədə Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatda məlumat verilib.

Bunlardan 49 iş (11,4%) 2019-cu ildən qalıq keçib, 381 iş (88,6%) isə 2020-ci ildə daxil olub.

2020-ci ildə mahiyyəti üzrə baxılmış 263 işdən 174 iş üzrə (66,5%) məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 85 iş üzrə (32,3 %) məhkəmə aktı ləğv edilib, 4 iş üzrə (1,5%) məhkəmə aktı dəyişdirilib.