Ali Məhkəmə bacısına mesaj yazdığına görə gənci öldürən şəxsin işini apellyasiya məhkəməsinə göndərib
- 30 oktyabr, 2018
- 07:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 30 oktyabr. REPORT.AZ/ Ali Məhkəmədə adam öldürməkdə təqsirləndirilən Mirismayıl Hüseynovun barəsində olan məhkəmə qərarından verilən kassasiya protestinə və kassasiya şikayətinə baxılıb.
"Report"un xəbərinə görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
Qeyd edək ki, hadisə 2016-cı il dekabrın 14-də Bakının Nəsimi rayonunda “Memar Əcəmi” metrostansiyasının qarşısında baş verib. M.Hüseynov bacısının telefonunda onun 21 yaşlı Ələkbər Muxtarovla yazışmasını görüb və o, Ə.Muxtarovu qətlə yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Hüseynov 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş isə apellyasiya verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə prokurorun apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.