Ağstafada minik avtomobili ekskavatorla toqquşub, sürücü ölüb

Hadisə
  • 01 iyun, 2017
  • 08:07
Ağstafada minik avtomobili ekskavatorla toqquşub, sürücü ölüb
Report

Bakı. 1 iyun. REPORT.AZ/ Ağstafa rayonunda ekskavatorla toqquşan maşının sürücüsü ölüb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, mayın 31-də saat 23 radələrində Ağstafa şəhəri S.Vurğun qəsəbəsi ərazisində Abşeron rayon sakini Rəsul Vəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobili "Greyder" markalı ekskavatora vurub. Xəstəxanaya yerləşdirilən R.Vəliyev orada ölüb.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.