Ağstafada 51 yaşlı kişi yeznəsi tərəfindən bıçaqlanıb

Hadisə
  • 08 noyabr, 2017
  • 09:53
Ağstafada 51 yaşlı kişi yeznəsi tərəfindən bıçaqlanıb

Ağstafa. 8 noyabr. REPORT.AZ/ Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Poylu stansiyasında baş verib. 

Belə ki, Ağstafa rayon sakini, 1966-cı il təvəllüdlü Mirəhməd Malik oğlu İsgəndərov mübahisə zəminində bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir. 

İlkin məlumatlara görə, M.İsgəndərov yeznəsi tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.