Ağstafada gənc qadın döyüldü

Hadisə
  • 06 mart, 2020
  • 04:13
Ağstafada gənc qadın döyüldü

Ağstafa rayonunda döyülmə hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Poylu qəsəbəsində qeydə alınıb. 

Ağstafa rayon sakini, 1994-cü il təvəllüdlü T.Hacıyeva döyülərək müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Gənc qadının hansı səbəbdən və kim tərəfindən döyülməsi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.