Ağstafa sakini naməlum şəxs tərəfindən bıçaqlanıb

Hadisə
  • 10 oktyabr, 2017
  • 06:17
Ağstafa sakini naməlum şəxs tərəfindən bıçaqlanıb

Ağstafa. 10 oktyabr. REPORT.AZ/ Ağstafa rayonunda yerli sakin bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Göycəli kəndində baş verib. Kənd sakini, 1988-ci il təvəllüdlü Kərimov Anar Cəmil oğlu naməlum şəxs tərəfindən mübahisə zəminində bıçaqlanıb. İki bıçaq yarası alan A.Kərimov xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə