Abşeronda qardaş qardaşını bıçaqlayaraq qaçıb
Hadisə
- 16 mart, 2017
- 05:51
Bakı. 16 mart. REPORT.AZ/ Abşeron rayonunda qardaş qardaşını bıçaqlayaraq qaçıb.
"Report"un xəbərinə görə, hadisə rayonun Məhəmmədi kəndində baş verib.
Belə ki, 31 yaşlı Nurəliyev Seyidəli Murad oğlu ilə qardaşı arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə daha sonra davaya çevrilib. Qardaşı S.Nurəliyevin sinə nahiyəsinə bıçaqla zərbə vurub və hadisə yerindən qaçıb. S.Nurəliyev ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ailə üzvləri əvvəlcə hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyiblər. Amma ilkin araşdırma zamanı S.Nurəliyevi qardaşının bıçaqladığı məlum olub.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları S.Nurəliyevin qardaşının axtarışına başlayıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
07:48
Uitkoff İranla məsləhətləşmələri uğurlu adlandırıb
Digər ölkələr07:16
Böyük Britaniyada informasiya hücumlarına qarşı mərkəz yaradılacaq
Digər ölkələr06:51
Bu gün Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
Energetika06:17
Foto
Yalçın Rəfiyev BMT-nin Yüksək Səviyyəli Həftəsində bir sıra tədbirlərdə iştirak edib
Xarici siyasət06:11
Ceyhun Bayramov Trampın ev sahibliyi ilə keçirilən qəbulda iştirak edib
Xarici siyasət06:05
AİB: Azərbaycan 2026-cı ilin sonunadək uçot dərəcəsini sabit saxlayacaq
Maliyyə05:32
İspaniya gələn ildən Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalını dayandıracaq
Digər ölkələr05:04
Media: Hakerlər FTB əməkdaşlarının məlumatlarını ələ keçiriblər
İKT05:01