​3-cü mərtəbədən yıxılan Bakı sakini sağ qalıb

Hadisə
  • 05 iyul, 2015
  • 01:20
​3-cü mərtəbədən yıxılan Bakı sakini sağ qalıb

Bakı. 5 iyul. REPORT.AZ/ Gecə saatlarında Bakının Xəzər rayonunda yerli sakinin köməyə ehtiyac olması barədə məlumat daxil olub.

“Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1 nəfər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin eyvanından yıxılaraq 1-ci mərtəbənin artırma eyvanının üzərinə düşüb və orada köməksiz vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşı 1-ci mərtəbənin eyvanınan düşürərək aidiyyatı üzrə təhvil veriblər.