"Zirə"nin fəxri prezidenti püşkü dəyərləndirib

Futbol
  • 15 iyun, 2022
  • 17:11
Zirənin fəxri prezidenti püşkü dəyərləndirib

"Zirə"nin fəxri prezidenti Orxan Məmmədov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatmasının nəticəsini dəyərləndirib.

"Report"un məlumatına görə, funksioner bu raunddakı rəqibləri olan İsrailin "Makkabi" (Təl-Əviv) klubunun çox təcrübəli kollektiv olduğunu söyləyib.

O, Təl-Əviv təmsilçisinin gücünə bələd olduqlarını bildirib: "Amma komandamıza inanırıq. Hazırlıqlar başlayıb. Transferlərə də baxacağıq ki, rəqibin qarşısına üzüağ çıxaq və layiqli mübarizə ortaya qoyaq".

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda olacaq.