"Zirə"nin ev oyunlarını keçirdiyi stadiona təbii ot örtüyü döşənəcək

Futbol
  • 11 may, 2018
  • 08:20
Zirənin ev oyunlarını keçirdiyi stadiona təbii ot örtüyü döşənəcək
AFFA-nın baş katibi Elxan Məmmədov
Report/ Firi Salim

Bakı. 11 may. REPORT.AZ/ Zirə İdman Kompleksinin süni örtüyü dəyişdiriləcək. 

"Report"un məlumatına görə, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasından sonra qurumun baş katibi Elxan Məmmədov açıqlama verib. O bildirib ki, "Zirə"nin ev oyunlarını keçirdiyi stadiona təbii ot örtüyü döşəniləcək. Prosesə AFFA-nın vəsaiti hesabına iyulda başlanılacaq.