Zaqreb "Dinamo"su Emreli ilə növbəti qələbəsini qazanıb
- 03 aprel, 2022
- 16:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının heyətində növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, 25 yaşlı hücumçu evdə "Draqovolyats"a 2:0 hesabı ilə qalib gəldikləri XXIX tur matçında forma geyinib. Oyuna ehtiyatda başlayan Emreli 70-ci dəqiqədə Bruno Petkoviçin əvəzinə meydana daxil olub. 77-ci dəqiqədə o, fərqlənməyə yaxın olsa da, qüvvətli zərbəsindən sonra top qapı dirəyinə tuş gəlib.
Hesabı 46-cı dəqiqədə Komnen Andriç açıb. 81-ci dəqiqədə isə "Draqovolyats"ın futbolçusu İvan Smolçiç topu avtoqol edib.
Bununla da 28 oyundan sonra xalını 60-a çatdıran "Dinamo" birinci pillədə yer alıb. Zaqreb komandasının ehtiyatda bir matçı da var.