​"Yuventus" Xorvatiya millisinin futbolçusunu heyətinə cəlb edib

Futbol
  • 22 iyul, 2016
  • 03:45
​Yuventus Xorvatiya millisinin futbolçusunu heyətinə cəlb edib

Bakı. 22 iyul. REPORT.AZ/ Xorvatiyanın Zaqreb şəhərini təmsil edən "Dinamo" klubunun yarımmüdafiəçisi Marko Pyatsa İtaliyanın "Yuventus" komandasına keçib.

"Report" xəbər verir ki, transferin məbləği 23 milyon avro təşkil edir.

Futbolçu ilə müqavilə 5 il müddətinə nəzərdə tutulub. Marko Pyatsa, həm də Xorvatiya millisinin futbolçusudur.

44 - Tezliklə