"Yuventus"un oyununda kütləvi dava düşüb
Futbol
- 12 sentyabr, 2022
- 05:22
"Yuventus" və "Salernitana" komandaları arasında keçirilmiş İtaliya A Seriyasının VI tur oyununda kütləvi dava olub.
"Report"un məlumatına görə, hadisə Turin təmsilçisinin hücumçusu Arkadiuş Milikin 90+3-cü dəqiqədə vurduğu qolun ləğv edilməsindən sonra baş verib.
Baş hakim VAR-dakı beş dəqiqəlik yoxlamanın ardından qolu qeydə almayıb. Bundan sonra yan xətdə oyunçular arasında dava düşüb.
Nəticədə "Yuventus"dan Milik ikinci sarı vərəqə, Xuan Kuadrado və baş məşqçi Massimiliano Alleqri, qonaqlardan isə Federiko Fasio birbaşa qırmızı vərəqə alıb.
Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Turin klubu ilk hissədə 0:2 hesabı ilə geridə olub.
Son xəbərlər
04:14
Anthropic rəhbəri: Süni intellekt nəzarətdən çıxarsa, bəşəriyyət üçün təhlükə yarada bilər
Digər ölkələr03:34
Serbiya lideri Avropa İttifaqına çağırış edib
Digər ölkələr03:00
Vuçiç BMT-nin fəaliyyətindən narazıdır
Digər ölkələr02:38
Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair memorandum imzalanıb
Xarici siyasət02:16
Baltikyanı ölkələr Aİ-dən dronlarla mübarizə üçün 500 milyon avro istəyib
Digər ölkələr01:50
Azərbaycan və Dominikan arasında viza rejimi ləğv olunub
Xarici siyasət01:41
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
Energetika01:13
Azərbaycan klubları minifutbol üzrə Çempionlar Liqasında mübarizəyə başlayıb
Futbol01:05