"Yuventus" səfərdə "Verona"ya qalib gələ bilmədi
Futbol
- 28 fevral, 2021
- 00:33
"Verona" İtaliya A Seriyasının 24-cü turunun matçında "Yuventus"u qəbul edib.
“Report” xəbər verir ki, matç Veronadakı "Mark - Antonio Benteqodi" stadionunda keçirilib və 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qarşılaşmada hesab 49-cu dəqiqədə açılıb. “Yuventus”un hücumçusu Kriştianu Ronaldu yarımmüdafiəçi Federiko Kyezanın ötürməsini qola çevirib. Bu, 36 yaşlı portuqaliyalının cari çempionatda 19-cu qolu olub.
"Verona" “turinlilər”ə 77-ci dəqiqədə sürətli hücumla cavab verə bilib. Yarımmüdafiəçi Antonin Barak Darko Lazoviçin ötürməsi ilə hesabı bərabərləşdirib.
Beləliklə, "Yuventus" 23 görüşdə 46 xal yığıb və İtaliya A Seriyasının yarış cədvəlində üçüncü yer tutur. "Verona" 35 xalla doqquzuncu yerdə qərarlaşıb.
Son xəbərlər
10:58
Emmanuel Agbason: "Çempionlar Liqasında rəmzi "5-liy"ə düşdüyümə görə komanda yoldaşlarıma təşəkkür edirəm"
Komanda10:45
"Wizz Air" İsrailə uçuşları yenidən dayandırır
Digər ölkələr10:45
Şeron Qarin: Filippin Rusiya neftini almaq üçün ABŞ-yə müraciət edib
Energetika10:44
"Azərbaycan Beynəlxalq Bankı" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə10:38
Dənizkənarı Milli Parkda əlillər üçün dayanacaq əlçatan deyil - HESABAT
Sosial müdafiə10:36
Azərbaycana Yaxın Şərqdən turist axını 4 % azalıb
Turizm10:36
Məcnun Məmmədovun Zəngilandakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
ASK10:33
Xəzər dənizində bu gün dördüncü zəlzələ baş verib - YENİLƏNİB
Hadisə10:33