"Yuventus" koronavirusa görə Ronaldunu sata bilər
Futbol
- 31 mart, 2020
- 08:04
Kriştianu Ronaldu
İtaliya təmsilçisi “Yuventus” koronavirus pandemiyası ilə əlaqədar kluba dəyən maddi ziyana görə Kriştianu Ronaldunu sata bilər.
“Report” “Il Messaggero” nəşrinə istinadən xəbər verir ki, mövsüm bərpa olunandan sonra Turin təmsilçisinin iqtisadi problemlər səbəbindən 35 yaşlı hücumçuya eyni maaşı vermək ehtimalı azdır.
Portuqaliyalı oyunçu hazırda “Yuventus”dan ildə 31 milyon avro qazanır.
Bildirilib ki, problemi həll etməyin yolu Ronaldunu başqa kluba satmaqdır. Klub 70 milyon avro kimi təklifləri nəzərdən keçirməyə hazırdır.
Qeyd edək ki, Ronaldu bu mövsüm “Yuventus” forması ilə 32 oyuna çıxıb. O, 25 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. İtaliya A Seriyası martın 11-də koronavirusa görə dayandırılıb.
Son xəbərlər
16:24
Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur
Digər16:22
"Araz-Naxçıvan" daha iki futbolçu ilə müqavilə imzalayıb
Futbol16:16
Səfir: Azərbaycan müstəmləkəçiliyə qarşı mübarizədə mühüm irəliləyiş əldə edib
Xarici siyasət16:11
Foto
Bakıda beynəlxalq badminton turniri start götürüb
Fərdi16:01
Azərbaycanda yeni yaradılmış investisiya şirkəti nizamnamə kapitalını 62 % azaldır
Maliyyə16:00
Azərbaycandakı sığorta şirkətlərinin ödənilmiş mənfəət vergisinin məbləğinə görə renkinqi (Yanvar-iyun, 2026)
Maliyyə15:56
Çin Media Korporasiyası azərbaycanlı jurnalistlərə 10-dan çox sənədli film təqdim edib
Xarici siyasət15:51
Rusiya Ukraynanın iyulda "Wildberries"in 11 logistika mərkəzinə və anbarına hücum etdiyini təsdiqləyib
Region15:50