Yüksək sürətlə avtomobil idarə edən futbolçu həbs olunub

Futbol
  • 23 may, 2015
  • 09:51
Yüksək sürətlə avtomobil idarə edən futbolçu həbs olunub

Bakı. 23 may. REPORT.AZ/ İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Yaya Ture həbs olunub. "Report"un "The Sun"a istinadən məlumatına görə, buna kot d ivuarlı yarımmüdafiəçinin yüksək sürətlə avtomobil sürməsi səbəb olub. 

Turenin avtomagistralda saatda 200 km sürətlə hərəkət edərkən, polis əməkdaşları tərəfindən saxlanıldığı bildirilir. Onun sürücülük vəsiqəsindən məhrum ediləcəyi gözlənilir. 

44 - Tezliklə