Yevgeni Kukseviç: "Avqustun əvvəlində müqavilə müddətinin uzadılmayacağını bildirdilər"

Futbol
  • 31 avqust, 2026
  • 13:26
Yevgeni Kukseviç: Avqustun əvvəlində müqavilə müddətinin uzadılmayacağını bildirdilər

Yevgeni Kukseviçə futzal üzrə Azərbaycan millisi və "Araz-Naxçıvan"la müqavilə müddətinin uzadılmayacağı barədə avqustun əvvəlində məlumat verilib.

Rusiyalı mütəxəssis bunu "Report"a açıqlamasında deyib.

"Avqustun əvvəlində mənə bu barədə məlumat verdilər. Lakin səbəblərini izah etmədilər", - o söyləyib.

Xatırladaq ki, Y.Kukseviç 2025-ci ilin yanvarında "Araz-Naxçıvan"ın, iyununda isə milli komandanın baş məşqçisi təyin olunmuşdu. O, hər iki vəzifəni paralel olaraq icra edirdi.

44 - Tezliklə