Ukrayna Kubokunun yarımfinal görüşündən sonra dava düşüb
Futbol
- 12 may, 2016
- 06:57
Bakı. 12 may. REPORT.AZ/ Futbol üzrə Ukrayna Kubokunun yarımfinal mərhələsinin "Zarya" və "Dnepr" arasında keçirilmiş cavab oyunundan sonra dava düşüb. "Report"un məlumatına görə, insidentin səbəbkarı "Dnepr"in futbolçusu Roman Zozulya olub.
Final fitindən sonra "Zarya" qələbəni bayram edərkən rəqib hücumçu oyunun baş hakimi Anatoli Abdulaya yaxınlaşaraq, kobud şəkildə etirazını bildirib. Bundan sonra iki komanda arasında münaqişə yaşanıb. İnsident komandalar paltardəyişmə otağına yollandıqdan sonra da davam edib.
Qeyd edək ki, ilk oyunda 0:1 hesabı ilə məğlub olan "Zarya" cavab matçında rəqib qapısından 2 cavabsız top keçirərək adını finala yazdırıb.
Son xəbərlər
06:45
İranın ABŞ ilə müzakirələrin başlaması üçün irəli sürdüyü yeddi şərt açıqlanıb
Region06:21
NYT: Qayana neft bazarında mövqelərini möhkəmləndirib
Digər ölkələr05:59
ABŞ Karib dənizində narkotacirlərin qayığına zərbə endirib
Digər ölkələr05:28
Mayk Uolts: Tramp Rusiya-Ukrayna münaqişəsini həll etməyə çalışır
Digər ölkələr04:51
WSJ: ABŞ-yə səfərindən əvvəl Si Cinpinin səhhəti ilə bağlı qeyri-müəyyənlik yaranıb
Digər ölkələr04:16
Çilinin sabiq prezidenti BMT-nin Baş katibi postu uğrunda mübarizədən geri çəkilib
Digər ölkələr03:40
Almaniyada Bundesverdə xidmət üçün 18 yaşlı kişilərin məcburi tibbi müayinəsinə başlanılıb
Digər ölkələr03:21
Astarada baş verən avtomobil qəzasında bir nəfər ölüb, üç nəfər xəsarət alıb
Hadisə03:04