UEFA "Qəbələ"nin futbolçusunun cəzasını açıqlayıb
Futbol
- 31 avqust, 2016
- 13:31
Bakı. 31 avqust. REPORT.AZ/ Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Maribor" (Sloveniya) – "Qəbələ" matçında (1:0) qırmızı vərəqə alan Teo Uiksin cəzası müəyyənləşib.
"Report"un klub saytına istinadən verdiyi məlumata görə, səfər matçının 69-cu dəqiqəsində meydandan kənarlaşdırılan liberiyalı hücumçu 2 matçlıq cəzalandırılıb.
Buna onun birbaşa qırmızı vərəqə alması səbəb olub. Görüş zamanı yaşanan epizodu müzakirə edən UEFA-nın İntizam Komitəsi futbolçunun 2 oyunluq cəzalanmasını məqsədəuyğun sayıb. Bu isə o deməkdir ki, Uiks qrup mərhələsinin ilk iki turunu buraxacaq. Hücumçu sentyabrın 15-də "Anderlext"lə (Belçika) səfər, 29-da "Mayns"la (Almaniya) ev matçında forma geyinə bilməyəcək.
Son xəbərlər
02:32
Rusiya Ermənistandan balıq və süd məhsullarının idxalına qadağanı uzadıb
Region02:08
Xorvatiya - Sloveniya sərhədini keçməyə çalışan beş miqrant ölüb
Digər ölkələr01:34
Türkiyə və İran rəsmiləri ikitərəfli əlaqələri, regional prosesləri müzakirə edib
Region01:14
Ceyhun Bayramov: Azərbaycan Orta Dəhlizin davamlı modernləşdirilməsi üçün etibarlı mərkəzdir
Xarici siyasət01:05
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan göndərib
Region00:46
UEFA Millətlər Liqası: Türkiyə millisi Fransa yığmasına uduzub
Futbol00:35
Azərbaycan və Seneqal arasında siyasi məsləhətləşmələrə dair memorandum imzalanıb
Xarici siyasət00:30
Azərbaycan-Mərakeş münasibətlərinin mövcud vəziyyəti nəzərdən keçirilib
Xarici siyasət00:08