UEFA "Liverpul"un dopinq qəbul edən futbolçusunu cəzalandırıb
Futbol
- 28 aprel, 2016
- 12:14
Bakı. 28 aprel. REPORT.AZ/ UEFA İngiltərənin "Liverpul" klubunun futbolçusu Mamadu Sakonu diskvalifikasiya edib. "Report"un Avropa futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna fransalı müdafiəçinin dopinqdən yararlanması səbəb olub.
Sako piy əridən xüsusi preparat qəbul edib. Həmin preparat qadağan olunmuş maddələr siyahısında olub. O, həmçinin B dopinq-probunun açılmasından imtina edib.
İşin araşdırması davam edəcək. Hələlik isə 26 yaşlı oyunçu 30 gün müddətində çıxış edə bilməz. Dinləmələrin tarixi yaxın vaxtlarda açıqlanacaq.
Qeyd edək ki, Mamadu Sako "Liverpul"a 2013-cü ildə Fransa PSJ-sindən keçib.
Son xəbərlər
03:17
ABŞ İran Prezidenti və XİN rəhbərinin BMT Baş Assambleyasında iştirakı üçün vizaları təsdiqləyib
Digər ölkələr02:58
ABŞ Səudiyyə Ərəbistanına 24,3 mlrd dollarlıq F-35-lərin satışını təsdiqləyib
Digər ölkələr02:45
ABŞ Kuba ilə əlaqəli 11 şəxs və şirkətə sanksiyalar tətbiq edib
Digər ölkələr02:21
Merts və Tramp Rusiya-Ukrayna münaqişəsini və Yaxın Şərqdə vəziyyəti müzakirə ediblər
Digər ölkələr01:53
Lənkəranda gənc dava zamanı ağır xəsarət alaraq komaya düşüb
Hadisə01:48
"Axios": Vaşinqton müharibədən sonrakı dövrdə İranın çəkindirmə strategiyası hazırlayır
Digər ölkələr01:17
ABŞ-də F-16 təyyarəsi qəzaya uğrayıb
Digər ölkələr01:00
UEFA Avropa Liqası: "Beşiktaş" "Marsel"i, "Yuventus" "Neymegen"i darmadağın edib
Futbol00:34