UEFA Çempionlar Liqası: “İnter” - “Barselona” oyununda qalib müəyyənləşməyib
- 01 may, 2025
- 01:01
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin daha bir matçı keçirilib.
“Report” xəbər verir ki, “İnter” İspaniyada “Barselona”nın qonağı olub.
Matçda hesab 30-cu saniyədə açılıb. Qonaqların hücumçusu Markus Tyuram fərqlənib. 21-ci dəqiqədə Dyumfris Françesko Acerbinin ötürməsindən sonra hesab arasındakı fərqini iki topa çatdırıb. Üç dəqiqə sonra “Barselona”nın heyətində Lamin Yamal fərqlənib. 38-ci dəqiqədə Rafinyanın ötürməsindən Ferran Torres hesabı bərabərləşdirib - 2:2.
Qarşılaşmanın 64-cü dəqiqəsində Denzel Dyumfris künc zərbəsindən sonra qonaqları hesabda önə keçirib. Bir dəqiqə sonra künc zərbəsindən sonra Rafinya topu cərimə meydançasının kənarından qapıya göndərib.
Beləliklə, görüş 3:3 hesabı ilə bitib.
UEFA Çempionlar Liqası
Yarımfinal, ilk oyunlar
30 aprel
23:00. “Barselona” (İspaniya) - “İnter” (İtaliya) 3:3
Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşlərinə mayın 6-da start veriləcək.