UEFA Canluici Buffona qarşı intizam işi açıb
Futbol
- 11 may, 2018
- 14:18
Bakı. 11 may. REPORT.AZ/ UEFA İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffona qarşı intizam işi açıb.
"Report"un qurumun saytına istinadən verdiyi məlumata görə, araşdırma Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşündə səfərdə İspaniya "Real Madrid"i ilə matçda baş verənlərlə bağlı aparılacaq.
40 yaşlı oyunçu barəsində iki epizod nəzərdən keçiriləcək. UEFA qarşılaşmanın sonunda qırmızı vərəqə alan təcrübəli qolkiperə hər hansı bir cəza müəyyən etməlidir. Həmçinin Buffonun görüşün baş hakimi Maykl Oliverə etdiyi qeyri-etik hərəkətlər də müzakirə olunacaq. Məsələyə mayın 31-i baxılacaq.
Qeyd edək ki, "Real Madrid" - "Yuventus" matçı İtaliya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Son xəbərlər
15:39
Kros qaçışı üzrə Azərbaycan çempionatı keçirilib
Fərdi15:31
"Ümid-Babək" yatağının ehtiyatlarının yeni mərhələdə qiymətləndirilməsinə dair sənəd imzalanıb
Energetika15:29
Macarıstanda parlament seçkilərində rekord fəallıq qeydə alınıb - YENİLƏNİB
Digər ölkələr15:16
Naxçıvanda XI siniflər üçün dördüncü buraxılış qiymətləndirmə monitorinqi keçirilib
Elm və təhsil14:57
Azərbaycanın futzal millisinin Qazaxıstanla oyunlar üçün heyəti bəlli olub
Futbol14:51
Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verib - YENİLƏNİB
Elm və təhsil14:36
"Sabah"ın U-18 komandası Çempionlar Liqasındakı sonuncu oyununda qələbə qazanıb
Komanda13:47
Qalibaf: ABŞ danışıqlarda İranın etibarını qazana bilmədi
Region13:36