UEFA Avropa Liqası: "Qarabağ" bu gün səfərdə Almaniya klubu ilə üz-üzə gələcək

Futbol
  • 26 oktyabr, 2023
  • 05:09
UEFA Avropa Liqası: Qarabağ bu gün səfərdə Almaniya klubu ilə üz-üzə gələcək

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Almaniyada "Bayer 04"ün qonağı olacaq.

"Bay Arena"da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Görüşü rumıniyalı Horatsiu Fesnikin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. H qrupunun digər matçında "Molde" Norveçdə İsveçin "Hakken" komandasını qəbul edəcək.

UEFA Avropa Liqası, qrup mərhələsi

III tur

23:00. "Bayer 04" (Almaniya) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Horatsiu Fesnik (Rumıniya).

Leverkuzen. "Bay Arena"

Qeyd edək ki, "Bayer 04" və "Qarabağ" əvvəlki iki oyunda qələbə qazanıblar və 1-2-ci yerləri bölüşdürürlər. Qrupdakı digər iki kollektivin isə xalı yoxdur.

44 filmi