Azərbaycan BMT-də nüvə silahlarının ləğvini qabardıb
- 26 oktyabr, 2026
- 20:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 81-ci sessiyasının Birinci Komitəsində Silahsızlanma Mexanizmi üzrə tematik müzakirə zamanı Azərbaycanın bəyanatında atom enerjisinə nəzarət, eləcə də nüvə silahlarının ləğvi məsələlərini əhatə edən ilk qətnamə qabardılıb.
"Report" xəbər verir ki, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Məqsəd Hüseynov bəyanatla çıxış edərək silahsızlanmanın BMT-nin yarandığı gündən etibarən təşkilatın əsas prioritetlərindən biri olaraq qaldığını vurğulayıb.
"Bunu Baş Assambleyanın 1946-cı ilin yanvarında qəbul edilmiş və atom enerjisinə nəzarət, eləcə də atom silahlarının ləğvi məsələlərini əhatə edən ilk qətnaməsi də təsdiq edir. Son səkkiz onillik ərzində çoxtərəfli silahsızlanma səyləri beynəlxalq sülh və təhlükəsizlik üçün risklərin azaldılmasına yönəlmiş mühüm beynəlxalq sazişlərin və mexanizmlərin hazırlanmasına töhfə verib", - o bildirib və əlavə edib ki, bununla belə, artan geosiyasi gərginliklər, dövlətlər arasında davam edən fikir ayrılıqları və qarşılıqlı etimadın azalması çoxtərəfli silahsızlanma forumlarında irəliləyişə mane olur və mahiyyət etibarilə vacib məsələlər üzrə konsensusa nail olmağı getdikcə çətinləşdirir.
O xatırladıb ki, Silahsızlanma Komissiyası (UNDC) beynəlxalq silahsızlanma arxitekturasının mühüm tərkib hissəsi olaraq qalır: "Komissiya Baş Assambleyaya tövsiyələr hazırlamaq məqsədilə silahsızlanma sahəsində əsas çağırışların ətraflı və məzmunlu müzakirəsi üçün xüsusi platforma rolunu oynayır. Təəssüf ki, Komissiya 2026-cı ildə keçirilən əsas sessiyasının gündəliyini qəbul edə bilməyib və nəticə etibarilə 2024–2026-cı illəri əhatə edən fəaliyyət dövrünü Baş Assambleyaya məzmunlu tövsiyələr təqdim etmədən başa vurub.
Ümid edirik ki, komissiyanın gələcək sessiyalarında konstruktiv və inklüziv müzakirələr vasitəsilə bu səylər davam etdiriləcək və qarşıda duran məsələlər üzrə praktiki tövsiyələrin hazırlanmasına nail olunacaq".
During the #UNGA81 #FirstCommittee thematic discussions on #disarmamentmachinery, #Azerbaijan emphasised that the #UNDC remains a vital component of the international disarmament architecture, serving as a dedicated platform for substantive, in-depth deliberations on key disarmament challenges. It also commended the work of #UNODA for its continued support for multilateral disarmament processes as well as its assistance to Member States in fulfilling their relevant obligations and commitments, and #UNIDIR for its efforts to facilitate discussions on existing and emerging challenges to international security. Through sustained political will and constructive engagement, the disarmament machinery can fulfil its respective mandates more effectively and contribute to tangible progress in disarmament and international security.
— Azerbaijan UN 🇦🇿 (@AzmissionUN) October 26, 2026