Türkiyə Super Liqası: Mahir Emrelinin komandası səfərdə heç-heçə edib

Futbol
  • 02 aprel, 2023
  • 12:27
Türkiyə Super Liqası: Mahir Emrelinin komandası səfərdə heç-heçə edib

Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Konyaspor"da növbəti oyununa çıxıb.

"Report"un məlumatına görə, komanda Türkiyə Super Liqasının XXVII turunda "Ümraniyespor"un qonağı olub.

Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Görüşə start heyətdə başlayan Emreli 67-ci dəqiqədə Bruno Pazla əvəzlənib.

Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran "Ümraniyespor" 17-ci pillədə qərarlaşıb. Konya təmsilçisi 35 xalla 8-ci sıradadır.

44 filmi