Türkiyə çempionatında Azərbaycan dueli: Ələskərovun komandası qalib gəldi
Futbol
- 01 noyabr, 2021
- 18:53
Futbol üzrə Türkiyə I liqasının XI turunda Azərbaycan dueli baş tutub.
"Report"un məlumatına görə, Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" Vüsal İsgəndərlinin formasını geyindiyi "Keçiörengücü"nü qəbul edib. Bursa Atatürk Stadionunda keçirilən oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisinin hər iki futbolçusu meydana start heyətində çıxıb. 53-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılan İsgəndərli 74-cü dəqiqədə Talha Yünkuşla əvəzlənib. Ondan 1 dəqiqə öncə isə Ələskərovun yerinə meydana Elton Akolatse daxil olub.
Qeyd edək ki, bu qələbədən sonra xallarını 14-ə çatdıran "Bursaspor" 7-ci pilləyə yüksəlib. 7 xalı olan "Keçiörengücü" isə 19 komanda arasında 18-ci sırada qərarlaşıb.
Son xəbərlər
06:07
ABŞ Prezidenti Pentaqona dərhal nüvə silahı sınaqlarına başlamağı əmr edib
Digər ölkələr06:02
Trampın Si Cinpinlə görüşü başlayıb
Digər ölkələr05:51
Müdafiə naziri: Amerika qoşunları Estoniyanı tərk etməyəcək
Digər ölkələr05:19
"CBS News": ABŞ "HIMARS"la Çinə güc nümayiş etdirə bilər
Digər ölkələr04:39
Depressiya və demensiya arasında gözlənilməz əlaqə tapılıb
Sağlamlıq04:07
"CNN": Tayvan ABŞ ilə münasibətlərin soyumasından narahatdır
Digər ölkələr03:33
"Exit-poll": Niderlandda keçirilən seçkilərdə "Demokratlar 66" partiyası liderdir
Digər ölkələr03:02
Cənubi Koreya tariflərin azaldılması müqabilində ABŞ-yə 350 milyard dollar ödəyəcək
Digər ölkələr02:37