"Turan Tovuz" yarımmüdafiəçi Aleksa Yankoviçi heyətinə qatıb

Futbol
  • 10 sentyabr, 2026
  • 20:37
Turan Tovuz yarımmüdafiəçi Aleksa Yankoviçi heyətinə qatıb

"Turan Tovuz" yeni transferini açıqlayıb.

Bu barədə "Report"a Tovuz təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Komanda son olaraq "Sumqayıt"ın formasını geyinən serbiyalı yarımmüdafiəçi Aleksa Yankoviç ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu karyerası ərzində vətənində "Partizan", "Çukariçki", "Vozdovaç" klublarında çıxış edib.