"Turan Tovuz" üzərində qələbə "Sabah" üçün əlamətdar olub
Futbol
- 11 fevral, 2025
- 06:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Misli Premyer Liqasının XXII turunda evdə “Turan Tovuz” üzərində 2:1 hesablı qələbə “Sabah” üçün ikiqat yubileylə əlamətdar olub.
"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt klubu çempionatda 80-ci qələbəsini qazanıb.
Bakı təmsilçisi Azərbaycan çempionatlarında 80 və daha çox görüşdə qalib gələn 17-ci komanda olub.
“Sabah” öz meydanında 40-cı dəfə üç xal qazanıb. Ən azı bu qədər qələbəsi olan 22-ci klub kimi tarixə düşən paytaxt təmsilçisi “Karvan”la MOİK-ə çatıb.
Qeyd edək ki, “Sabah” ilk qələbəsini 2018-ci il avqustun 12-də səfərdə “Keşlə” üzərində qazanıb, evdəki ilk uğur isə sentyabrın 16-da “Qəbələ” ilə matça təsadüf edib. Hər iki qarşılaşmada bir qol vurulub.
Son xəbərlər
10:54
Ani Ödənişlər Sisteminin əhatə dairəsi genişləndiriləcək
Maliyyə
10:50
"LANDAU Lions"un baş məşqçisi Erhan Toker: "Prievidza"ya qarşı yaxşı oyun göstərməyə çalışacağıq"
Komanda
10:50
"Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun dəyişdiriləcək
Maliyyə
10:49
Mavrikidə kütləvi iğtişaşlardan sonra məktəblər bağlanıb
Digər ölkələr
10:47
Foto
İstanbulda qolf üzrə ənənəvi "Zəfər Turniri 2026" keçirilib
Fərdi
10:44
Foto
Səhiyyə Nazirliyində "Vətəndaş qəbulu" tam rəqəmsallaşıb
Sağlamlıq
10:44
Foto
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
Xarici siyasət
10:44
"Ziraat Bank Azərbaycan"ın istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Maliyyə
10:42
ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək
Maliyyə