"Turan Tovuz" "Neftçi"dən ayrılan futbolçunu transfer edib

Futbol
  • 22 avqust, 2024
  • 16:02
Turan Tovuz Neftçidən ayrılan futbolçunu transfer edib

"Turan Tovuz" icarə əsasında çıxış edən Fərid Yusiflini transfer etdiyini açıqlayıb.

"Report" xəbər verir ki, qərb təmsilçisi "Neftçi"dən ayrılan yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, F.Yusifli ötən mövsümün ikinci hissəsini icarə əsasında Tovuz klubunda keçirib.

O, əyalət komandasının heyətində Premyer Liqada 10 oyunda meydana çıxıb.

44 - Tezliklə