"Turan Tovuz" Kurban Berdıyevin 4 oyunluq cəzalandırılması ilə bağlı apellyasiya şikayəti verəcək

Futbol
  • 12 fevral, 2026
  • 11:14
Turan Tovuz Kurban Berdıyevin 4 oyunluq cəzalandırılması ilə bağlı apellyasiya şikayəti verəcək

"Turan Tovuz" klubu komandanın baş məşqçisi Kurban Berdıyevin cəzalandırılması ilə bağlı AFFA-nın Apellyasiya Arbitraj Tribunalına şikayət edəcək.

Bu barədə "Report"un sorğusuna cavab olaraq bölgə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev bildirib.

O, 73 yaşlı mütəxəssisin 4 oyunluq cəza alması ilə razı olmadıqlarını söyləyib:

"Bu qərardan apellyasiya şikayəti verəcəyik. Etirazımız sırf baş məşqçinin cəzalanlandırılması ilə bağlıdır. Dörd oyunluq cəza ilə razı deyilik".

Qeyd edək ki, AFFA İntizam Komitəsi ötən gün Kurban Berdıyevə 4 oyunluq cəza verib. Buna mütəxəssisin "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin oyununda hakimi itələdikdən sonra qırmızı vərəqə alması və ardınca referini təhqir etməsi səbəb göstərilib. K.Berdıyevə görə Tovuz təmsilçisi 10 000 manat cərimələnib.

44 filmi