"Tottenhem" Kvaratsxeliyanı transfer etmək istəyir
Futbol
- 09 avqust, 2021
- 16:17
Gürcüstan millisinin və Rusiyanın "Rubin" klubunun futbolçusu Xviça Kvaratsxeliya karyerasını İngiltərdə davam etdirə bilər.
"Report" "popsport.com" saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi "Tottenhem"in maraq dairəsinə düşüb.
Hazırda İtaliya "Yuventus"u ilə yanaşı, London təmsilçisinin də gənc pleymeykerin keçidi üçün aktiv danışıqlar apardığı bildirilib. Transferin yaxın günlərdə yekunlaşacağı gözlənilir.
Qeyd edək ki, Xviça Kvaratsxeliya "Rubin"ə 2019-cu ildə "Rustavi"dən keçib. O, ötən mövsüm Rusiya Premyer Liqasında 23 oyuna 4 qol vurub və 8 məhsuldar ötürmə verib. Yarımmüdafiəçi 2019-cu ildən Gürcüstan millisinə çağırılır.
Xviça Kvaratsxeliya Azərbaycan yığmasının keçmiş futbolçusu Badri Kvaratsxeliyanın oğludur.
Son xəbərlər
09:00
Premyer Liqa: "Qəbələ" "İmişli"ni, "Turan Tovuz" "Sumqayıt"ı qəbul edir
Futbol09:00
Bu gün Dünya Aviasiya və Kosmonavtika Günüdür
Daxili siyasət08:45
Pakistan XİN: ABŞ-İran danışıqlarında vasitəçiliyə davam edəcəyik
Digər ölkələr08:28
Macarıstanda parlament seçkilərində səsvermə başlayıb
Digər ölkələr08:01
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Daxili siyasət07:49
Vens İranla danışıqların nəticəsiz başa çatmasından sonra Pakistanı tərk edib
Digər ölkələr07:16
Haitidə qədim qalanın yaxınlığında baş verən izdihamda azı 30 nəfər həlak olub
Digər ölkələr07:00
Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verəcək
Elm və təhsil06:43