Tahir Gözəl UEFA-nın yarışlar üzrə direktoru ilə bu gün görüşəcək
Futbol
- 19 dekabr, 2014
- 07:05
Bakı. 19 dekabr. REPORT.AZ/ Ağdamın "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl UEFA-nın yarışlar üzrə direktoru Corcio Marketti ilə bu gün görüşəcək. Bu barədə "Report"a klubun direktoru Əmrah Çəlikəl məlumat verib.
Onun sözlərinə görə, İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 17:00-da başlanacaq görüşdə Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda İtaliya "İnter"i ilə keçirilən matça aid heç bir qərar qəbul olunmayacaq. Ə.Çəlikəl vitse-prezidentin İsveçrəyə, sadəcə, UEFA rəsmiləri ilə görüş təyin etmək üçün getdiyini bildirib.
Qeyd edək ki, "İnter" komandası ilə matçda hakim haqsızlığı ilə əlaqədar "Qarabağ" UEFA-ya şikayət edib. Avropa futbol qurumunda müraciətə gələn il fevralın 5-də baxılacaq.
Son xəbərlər
05:27
Böyük Britaniya ilk dəfə pilotsuz qurğudan torpedo buraxılışı həyata keçirib
Digər ölkələr04:55
Tramp İran ətrafındakı vəziyyətlə bağlı görüşlər keçirəcək
Digər ölkələr04:12
İrlandiya 43 Gürcüstan vətəndaşını deportasiya edib
Region03:50
Ərdoğan regiondakı gərginlik fonunda Türkiyənin Küveytə dəstəyini ifadə edib
Region03:13
Tramp Ağ Evin yanında yeni helikopter meydançasının açılışını edib
Digər ölkələr02:44
Foto
Azərbaycanlı pianoçu Serbiyada keçirilən konsert proqramında çıxış edib
Mədəniyyət siyasəti02:18
Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələri başlayır
Digər ölkələr01:39
MKİ rəhbəri İrlandiyada Zelenski ilə görüşüb
Digər ölkələr01:06