"Sumqayıt" klubunun yeni prezidenti müəyyənləşib
Futbol
- 09 mart, 2018
- 12:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 mart. REPORT.AZ/ "Sumqayıt" futbol klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda iştirak edən üzvlərin səs birliyi ilə Rəfiyev Riyad Rasim oğlu "Sumqayıt" Futbol Klubuna prezident seçilməsi üçün təsisçilərə təqdim edilib. Təsisçilərin qərarı ilə o, "Sumqayıt Futbol Klubu" MMC-nin prezidenti təyin olunub.
Qeyd edək ki, Riyad Rəfiyev bu təyinatadək AFFA-nın seleksiya məsələləri üzrə baş koordinatoru vəzifəsində çalışıb. O, "Sumqayıt"ın prezidenti vəzifəsində Kamran Quliyevi əvəzləyib. K.Quliyev fevralın 16-da "Neftçi"yə prezident təyin olunub.
Son xəbərlər
05:08
Mourinyo hakim qərarlarından narazı qalıb
Futbol
04:45
Britaniya "DragonFire" lazer sistemlərinin sifarişini iki dəfə azaldıb
Digər ölkələr
04:13
İran Hörmüz boğazının şərqində tankerin minaya düşərək yandığını açıqlayıb
Region
03:49
Argentina Folklend adaları yaxınlığında neft hasilatına görə 5 şirkətə sanksiya tətbiq edəcək
Digər ölkələr
03:06
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
Futbol
02:35
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
Digər ölkələr
02:07
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
Region
01:41
NYT: FIFA Trampa təqdim etdiyi sülh mükafatını ləğv edə bilər
Digər ölkələr
01:16
Serbiyada avtomobil yollarından istifadə haqqı 4 faiz artırılacaq
Digər ölkələr