"Sumqayıt" Ankarada toplanış keçəcək
Futbol
- 22 iyun, 2021
- 11:22
"Sumqayıt" komandası 2021/2022 mövsümünün hazırlıqlarına start verib.
"Report"un klubun rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində başlanan toplanışın birinci mərhələsi iyunun 30-dək davam edəcək. Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv bu müddət ərzində bir yoxlama oyununda qüvvəsini sınayacaq. "Gənclik şəhəri" təmsilçisi iyunun 30-da “Azərsun Arena”da “Qarabağ”la qarşılaşacaq. Görüş saat 18:30-da başlanacaq.
“Sumqayıt” hazırlığın ikinci mərhələsini isə iyulun 2-dən Türkiyənin paytaxtı Ankarada keçirəcək. İyulun 16-dək Qızılcahamam bölgəsindəki “Çam Hotel”də məskunlaşacaq komanda 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi və oyunların zamanı barədə əlavə məlumat veriləcək.
Son xəbərlər
14:40
Yerlan Koşanov Qazaxıstanın Xalq Şurasının sədri seçilib - YENİLƏNİB
Region14:40
Kəngərlidə ağır yol qəzası baş verib, ölən var
Hadisə14:34
Mansur Yavaş CHP-dən istefa verib
Region14:34
Corc Rassell: "Azərbaycan Qran-prisində əsas məsələ rəqabətdən zövq almaqdır"
Formula 114:32
Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ
Ekologiya14:27
Si Cinpin ABŞ-yə dövlət səfərinə yola düşüb
Digər ölkələr14:24
Sülh Şurası Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq altı aylıq plan təqdim edəcək
Digər ölkələr14:21
Dağ-mədən sənayesi Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfə verəcək istiqamətlərdəndir - RƏY
Sənaye14:20