Şotlandiyada "Qarabağ"ın oyunu ilə əlaqədar 65 yaşlı kişi həbs olunub

Futbol
  • 25 noyabr, 2021
  • 10:04
Şotlandiyada Qarabağın oyunu ilə əlaqədar 65 yaşlı kişi həbs olunub

Şotlandiyada Aberdin" və "Qarabağ" komandaları arasında keçirilmiş UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu ilə əlaqədar 65 yaşlı azarkeş həbs olunub.

"Report"un yerli polisə istinadən məlumatına görə, həmin şəxs "Pittordi" stadionunda 26 yaşlı gəncə hücumda ittiham olunur. İnsident avqustun 26-da görüşün ilk hissəsinin ortalarında baş verib.

Adı açıqlanmayan yaşlı şəxsin məhkəməsi yaxın vaxtlarda olacaq.

Polis araşdırmanın yekunlaşmasında kömək göstərənlərə minnətdarlığını bildirib.

Qeyd edək ki, "Qarabağ" "Aberdin"ə ilk matçda 1:0, səfərdə 3:1 hesabı ilə qalib gələrək, qrup mərhələsinə yüksəlib.

44 filmi