Slovakiya Futbol Federasiyasının prezidenti: "Bu qrupun qalibi olmalıyıq"

Futbol
  • 16 dekabr, 2021
  • 19:35
Slovakiya Futbol Federasiyasının prezidenti: Bu qrupun qalibi olmalıyıq

"Seçim imkanımız yoxdur. Belarus və Azərbaycanla eyni qrupa düşdük. Dördüncü komandanın Moldova olmasını istərdim".

"Report"un məlumatına görə, bu fikirləri Slovakiya Futbol Federasiyasının prezidenti Yan Kovaçik UEFA Millətlər Liqasının püşkatmasının nəticəsini dəyərləndirərkən deyib.

Funksioner bildirib ki, yığmanın əsas hədəfi hər zaman uğurlu olmaqdır: "Mənim şəxsi fikrimdir ki, biz bu qrupun qalibi olmalıyıq. Bütün oyunlarımızda qələbə qazanmaq istəyirik".

Qeyd edək ki, Slovakiya yığması C Liqasında Azərbaycan, Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə birlikdə 3-cü qrupda mübarizə aparacaq.