"Səbail"in yeni təlim-məşq bazasının açılışı olub

Futbol
  • 07 iyul, 2022
  • 14:23
Səbailin yeni təlim-məşq bazasının açılışı olub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dəstəyi ilə “Səbail” klubunun Xaçmaz rayonunda yaradılan təlim-məşq bazasının açılışı olub.

"Dənizçilər"in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, baza oyunçuların ustalıq səviyyəsinin artırılması məqsədi ilə istifadəyə verilib.

ASCO və “Səbail” rəhbərliyi yeni təlim-məşq bazası və burada yaradılan şəraitlə tanış olub, tapşırıq və tövsiyələrini verib, bütün komanda üzvlərinə uğurlar arzulayıblar. Burada ilk olaraq uşaqların hazırlıq prosesinə start verilib.

44 - Tezliklə