"Şamaxı" Küveyt klubu ilə yoxlama matçı keçirəcək

Futbol
  • 24 iyul, 2024
  • 11:32
Şamaxı Küveyt klubu ilə yoxlama matçı keçirəcək

"Şamaxı" klubunun təlim-məşq toplanışı çərçivəsində yoxlama matçı keçirəcəyi daha bir rəqibin adına aydınlıq gəlib.

"Report" bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Küveytin "Əl-Yarmuk" klubu ilə qarşılaşacaq.

Oyun iyulun 26-da, saat 17:00-da Qəbələ şəhər stadionunda start götürəcək.

44 - Tezliklə