"Şamaxı" klubu Kamal Bayramovla müqavilə bağlayıb

Futbol
  • 01 iyul, 2024
  • 07:16
Şamaxı klubu Kamal Bayramovla müqavilə bağlayıb

2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparmaq hüququ qazanan “Şamaxı” klubu Kamal Bayramovla müqavilə bağlayıb.

"Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

38 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb. K.Bayramov son mövsümü "Turan Tovuz"da keçirib.