"Sabah" və "Turan Tovuz" yoxlama oyununda üz-üzə gələcək

Futbol
  • 06 sentyabr, 2023
  • 09:21
Sabah və Turan Tovuz yoxlama oyununda üz-üzə gələcək

"Sabah" və "Turan Tovuz" komandaları Premyer Liqada yaranmış fasilə dönəmində yoxlama oyununda üz-üzə gələcəklər.

Paytaxt təmsilçisindən "Report"a verilən məlumata görə, qarşılaşma sentyabrın 9-da “Bank Respublika Arena”da gerçəkləşəcək.

Görüş saat 17:00-da start götürəcək.

Qeyd edək ki, "Turan Tovuz" beş turdan sonra 9 xalla ikinci, "Sabah" isə 4 xalla səkkizinci pillədə qərarlaşıb.