Rumıniya-Polşa oyununda futbolçu təhlükə ilə üzləşib
- 12 noyabr, 2016
- 09:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 12 noyabr. REPORT.AZ/ 2018-ci il dünya çempionatının Avropa üzrə seçmə qrup mərhələsinin IV turunda Rumıniya və Polşa komandaları arasında keçirilən görüşdə qonaqların futbolçusu Robert Levandovski təhlükə ilə üzləşib.
"Report"un məlumatına görə, oyunun 54-cü dəqiqəsində azarkeşlərdən biri meydana səs bombası atıb.
R.Levandovski yerdə olan səs bombasını baş hakimə göstərən zaman partlayış olub və futbolçu yerə yıxılıb. Həkimlərin müdaxiləsindən sonra futbolçu oyuna qoşula bilib.
Qeyd edək ki, görüş Polşanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan ikisi R.Levandovskinin aktivinə yazılıb.
CDA Amy Carlon paid her respects at the Alley of Martyrs. She extended her condolences to the Azerbaijani families and friends who lost loved ones due to conflict. pic.twitter.com/3XC5AQgIdN
— U.S. Embassy Baku (@USEmbassyBaku) July 30, 2025