Ronaldunun yubiley qolu “Əl-Nəsr”ə qələbə qazandırıb

Futbol
  • 04 noyabr, 2023
  • 22:06
Ronaldunun yubiley qolu “Əl-Nəsr”ə qələbə qazandırıb

Səudiyyə Ərəbistanı çempionatında 12-ci turun matçında "Əl-Nəsr" doğma meydanda "Əl-Xəlic" klubuna qalib gəlib.

"Report" xəbər verir ki, Ər-Riyadın “Əl-Əvval Park” stadionunda baş tutan görüş 2:0 hesabı ilə başa çatıb. Qolları Kriştianu Ronaldu və Aymerik Laport vurub.

38 yaşlı portuqaliyalı üçün bu qol 30 yaşından sonra karyerasında 400-cü qol olub. Ümumilikdə onun hesabında 863 qol var.

Bununla da "Əl-Nəsr" məğlubiyyətsizlik seriyasını 10 görüşə çatdırıb. Ronaldunun komandası 28 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Əl-Xəlic” 10 xalla 15-ci yerdədir.

Ronaldu bu il yanvarın 2-dən “Əl-Nəsr”in şərəfini qoruyur. Müqaviləyə əsasən, o, ildə 200 milyon avro alır.

44 - Tezliklə