Ronaldu Zidandan klub prezidentinə şikayət edib
Futbol
- 26 sentyabr, 2016
- 12:42
Bakı. 26 sentyabr. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu baş məşqçi Zinəddin Zidandan şikayət edib. "Report"un "Madrid-barcelona"ya istinadən verdiyi məlumata görə, portuqaliyalı hücumçu şikayətini klub prezidenti Florentina Peresə ünvanlayıb.
Klub prezidentin "Əsəbiləşməyindən xəbərim var" məzmunlu cavab mesajı da Ronaldunu sakitləşdirməyib. O, işlərin belə davam etməyəcəyini, düzgün yolda olmadıqlarını söyləyib.
Qeyd edək ki, baş məşqçi Zinəddin Zidan Ronaldunu La Liqanın VI turunda "Las Palmas"la (2:2) səfər oyununun 72-ci dəqiqəsində əvəzləyib. Buna qəzəblənən Ronaldu Zidanı söyüb. Oyun sonrası mətbuat konfransında Zidan portuqaliyalının daha vacib olan Çempionlar Liqasına saxladığını bildirib.
Son xəbərlər
04:38
Mbappe zədə səbəbindən Fransa millisindən ayrılacaq
Futbol04:17
Moldovada enerji böhranı təhlükəsi ilə bağlı fövqəladə vəziyyət elan olunub
Digər ölkələr03:48
Bundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını təsdiqləyib
Digər ölkələr03:28
Britaniya Baş naziri növbədənkənar parlament seçkilərinin keçirilməsini istisna edib
Digər ölkələr02:57
Aİ ölkələri qaz və elektrik enerjisi istehlakını azaltmaq üçün tədbirlər görməyə çağırıb
Digər ölkələr02:32
Rusiya Ermənistandan balıq və süd məhsullarının idxalına qadağanı uzadıb
Region02:08
Xorvatiya - Sloveniya sərhədini keçməyə çalışan beş miqrant ölüb
Digər ölkələr01:34
Türkiyə və İran rəsmiləri ikitərəfli əlaqələri, regional prosesləri müzakirə edib
Region01:14