Roberto Mançini İngiltərə klubunu çalışdırmağa əsas namizəddir
Futbol
- 18 oktyabr, 2025
- 12:41
İtaliya yığmasının sabiq baş məşqçisi Roberto Mançini İngiltərənin "Mançester Yunayted" klubunu çalışdıra bilər.
"Report" "The Sun"a istinadən xəbər verir ki, o, Mançester təmsilçisinin hazırkı baş məşqçisi Ruben Amorimin yerinə əsas namizəddir.
60 yaşlı italiyalı mütəxəssis, klubun şərikli sahibi Cim Ratklif kimi Fransanın cənubunda yaşayır. Son vaxtlar onların tez-tez ictimai tədbirlərdə görüşdükləri bildirilib.
Qeyd edək ki, R.Mançini İngiltərədə 2009-2013-cü illərdə "Mançester Siti"ni çalışdırıb. Komanda onun rəhbərliyi altında 2012-ci ildə İngiltərə çempionu adını qazanıb. Məşqçinin son iş yeri Səudiyyə Ərəbistanı yığması olub. "Mançester Yunayted" hazırda Premyer Liqanın turnir cədvəlində 10 xalla 10-cu yerdədir.
Son xəbərlər
09:58
Ester Kile: Belçika müstəmləkəçiliyi Konqoda xaricdən asılı iqtisadi sistem formalaşdırıb
Xarici siyasət09:56
DSMF-nin xərcləri 10 %-ə yaxın artıb
Maliyyə09:52
Alyaskada təyyarə qəzası nəticəsində 8 nəfər ölüb - YENİLƏNİB
Digər ölkələr09:50
"Azərpambıq Aqrar Sənaye Kompleksi"nin əsas hədəfləri açıqlanıb
ASK09:47
"Azəralüminium" I yarımildə 165 milyon manatdan çox gəlir əldə edib
Sənaye09:45
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib
Futbol09:43
Yəmən və Somalidə dəniz quldurları tərəfindən iki gəmi ələ keçirilib
Digər ölkələr09:42
Abbas Abbasov: Konqo, Ruanda və Burundidə müstəmləkəçilik dərin yaralar buraxıb
Xarici siyasət09:33