Robert Prosineçki yenidən "Kayserispor"a rəhbərlik edə bilər
Futbol
- 27 dekabr, 2019
- 05:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki yenidən Türkiyədə çalışa bilər.
"Report" "Fotomaç"a istinadən xəbər verir ki, uğursuz nəticələr səbəbi ilə Bülent Uyğunu istefaya göndərən "Kayserispor"un rəhbərliyi 50 yaşlı xorvatiyalı mütəxəssislə danışıq aparır. Kayseri təmsilçisi 17 turdan sonra çempionatda 10 xalla sonuncu pillədə qərarlaşıb.
Prosineçkinin dönüşü rəsmiləşəcəyi təqdirdə, o, komandanın cari mövsümdə 3-cü baş məşqçisi olacaq.
Qeyd edək ki, Prosineçki AVRO-2020-nin seçmə mərhələsi başa çatandan sonra Bosniya və Herseqovina yığmasından istefaya göndərilib. O, 2012-2013-cü illərdə "Kayserispor"da, 2014-2017-ci illərdə isə Azərbaycan millisində çalışıb.
Son xəbərlər
10:43
NK rəsmisi: "Qarabağ və Şərqi Zəngəzur akvakultura klasterləri üçün prioritet zonalardır"
ASK
10:36
Foto
Cibuti və Şri-Lankada "ASAN xidmət" modelinin tətbiqinə dair anlaşma memorandumları imzalanıb
Xarici siyasət
10:36
Li Tszyunxua: Azərbaycan dövlət xidmətlərinin inkişafına əhəmiyyətli töhfə verib
Xarici siyasət
10:35
Prezident: "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir
Xarici siyasət
10:34
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
İnfrastruktur
10:33
İlham Əliyev: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
Daxili siyasət
10:32
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
Fərdi
10:30
Samvel Karapetyan bir ay müddətinə istintaq təcridxanasına göndəriləcək
Region
10:30
Tahir Rzayev: "Su bioresurslarının qorunub saxlanılmasına diqqət artırılmalıdır"
ASK